CƏMİYYƏT 2021.01.14 06:00

Qarabağda atəşkəs pozuntuları qeydə alınmayıb – Rusiya MN də erməni KİV-in iddialarını təkzib etdi

45

Rusiya sülhməramlıları atəşkəs rejiminin pozulduğunu qeyd etməyiblər.

Trend xəbər verir ki, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini Dmitri Perepelkin bildirib.

Onun sözlərinə görə, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətə gecə-gündüz monitorinq aparılır: “Atəşkəs pozuntuları qeydə alınmayıb”.

Qeyd edək ki, bu gün erməni KİV-ində Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı yayılıb.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı