CƏMİYYƏT 2020.11.05 10:37

Qarabağda yaralanan erməni deputat ölüm ayağındadır

24

Oktyabrın 19-da Dağlıq Qarabağdakı döyüşlərdə ağır yaralanmış erməni deputat, “Yerkrap” könüllülər İttifaqının rəhbəri Sasun Mikaelyanın səhhəti pisləşib. Azvision.az erməni KİV-lərə istinadən xəbər verir ki, deputat dünən damarların dupleksi üçün 1 saylı universitet klinikasına aparılıb.

Məlumata görə, Mikaelyan bel və ayaq nahiyəsindən ağır yaralanıb, iki dəfə əməliyyat olunub, lakin ayağındakı problem dərinləşməkdədir. Hazırkı vəziyyəti onun əməliyyat edilməsinə imkan vermir. Ayaqları şişir və vəziyyəti yaxşı deyil. Sasun Mikaelyanın həyati təhlükəsi olduğu bildirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı