DÜNYA 2020.11.04 20:45

“Qarabağdakı vəziyyət sülh yolu ilə həll edilə bilər” – Putin

37

Rusiya Azərbaycan və Ermənistanla Qarabağ məsələsi ilə əlaqədar təmasdadır və ümid edir ki, hər kəsə uyğun nəticələr əldə etmək mümkün olacaq.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin dini birliklərin nümayəndələri ilə görüşdə deyib.

Putin qeyd edib ki, Rusiya tərəfi Qarabağ münaqişəsinin həlli ilə bağlı əlindən gələni edir və edəcək: “Həm Ermənistan, həm də Azərbaycanla təmasdayıq. Ümid edirəm ki, uyğun nəticələr əldə olunacaq”.

Rusiya liderinin fikrincə, Qarabağdakı vəziyyət sülh yolu ilə həll edilə bilər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı