CƏMİYYƏT 2020.11.05 11:10

Qarabağdan Ermənistana silah axını – Yeni faktlar

111

Ermənistanda hərbi böhran daha da dərinləşir. İş o yerə çatıb ki, artıq Azərbaycanın işğal olunmuş ərazilərindən qaçan erməni hərbçilər yalnız fərariliyə görə deyil, Ermənistanda silahlı qiyam hazırlığında ittiham olunurlar.
Azvision.az -ın məlumatına görə, Ermənistandan işğal olunmuş ərazilərə silah-sursat daşınacağı gözlənilsə də, bunun əksi baş verir. Artıq erməni mətbutının da yazdığı kimi Dağlıq Qarabağdan Ermənistana külli miqdarda silah-sursat daşınır. Ermənistan mediası artıq onlarla belə fakt aşkarlayıb.

Dünən Ermənistanın Vayk şəhərində Dağlıq Qarabağdan gətirilən külli miqdarda sursat aşkar edilib. Erməni mətbuatı yazır ki, Vayk polis şöbəsinə daxil olan operativ məlumatlar əsasında Qarabağdan qayıdan avtomobillərə baxış zamanı silahlar, dəbilqələr, güllə keçirməyən jiletlər, hərbi bıçaqlar, xeyli sayda güllə və digər hərbi avadanlıqlar götürülüb.

“Bu çətin günlərdə silah və sursata daha çox döyüş meydanında ehtiyac duyulur. Ayrı-ayrı rayonların polis bölmələrinin zabitləri silah və sursatların “Artsax”dan (Dağlıq Qarabağ -red) Ermənistana qanunsuz daşınması hallarını aşkar etmək üçün gecə-gündüz nəzarəti davam etdirirlər. Eyni zamanda əhali arasında müəyyən maarifləndirmə işləri aparılır, xəbərdarlıqlar edilir”, – deyə erməni KİV-i yazıb.

Qarabağdan İrəvana silah daşınması ilə bağlı başqa bir neçə fakt isə Ermənistanın Sünik və Sisian polis bölmələrinin əməkdaşları tərəfindən aşkarlanıb. Məlumata görə, polislər Qarabağdan qayıdan “UAZ” markalı avtomobilə baxış keçirərkən maşında gizlədilmiş “Kalaşnikov” avtomatları və xeyli sayda güllə müəyən ediblər.
Döyüş bölgəsindən qayıdan ermənilərdən götürülən silahlar və döyüş sursatlarının son günlərdə daha çox aşkarlanması erməni mətbuatında həyəcan təbilinin çalınmasına səbəb olub. Təbii ki, bütün bunlar yaxın müddətdə Ermənistanda silahlı qiyam təhlükəsinin real olduğuna işarədir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı