Qaraciyəraltı iltihablanmış appendiks uğurla xaric edilib

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə 28 yaşlı qadın müraciət edib. İki gündən artıq qarnın sağ yarısında, xüsusilə də bel nahiyəsinə irradiasiya edən ağrıdan şikayətlənən xəstə müayinə olunandan sonra ona kəskin appendisit diaqnozu qoyulub.

Mərkəzdən  verilən məlumata görə, xəstəyə diaqnoz qoyulandan sonra subhepatik, yəni qaraciyər altında yerləşən iltihablanmış appendiks laparoskopik yolla xaric edilib. Mərkəzin ümumi cərrahı İbrahim Əfəndiyev deyib: “Ümumiyyətlə, sekumun enməməsi və qaraciyəraltı soxulcanabənzər çıxıntı appendikulyar çıxıntının az rast gəlinən anatomik variasiyasıdır. Appendikulyar çıxıntının iltihabı zamanı kliniki gediş klassik təqdimatdan tam fərqli olub, diaqnostik çətinlik törədir. Bizə müraciət edən xəstə üzərində apardığımız həmin cərrahi əməliyyat uğurla nəticələndi. Bu sahədə zəhməti olan mərkəzin hər bir əməkdaşına təşəkkür edirəm”.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here