ƏSAS SƏHİFƏ

“Qardaş regionların vətənpərvər şagirdlərinin dünya azərbaycanlılarına töhfəsi” adlı müsabiqə

835

“Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu”nun maliyyə dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İB-nin “Qardaş regionların vətənpərvər şagirdlərinin dünya azərbaycanlılarına töhfəsi” layihəsi çərçivəsində Lerik, Zaqatala və Qusar rayonunun məktəbliləri ilə 5gün müddətində keçirilən təlimlər uğurla başa çatmışdır. Hər regiondan minimum 90 nəfər 9-10-11-ci sinif şagirdlərinə beş gün müddətində keçirilən “Vətənim Azərbaycan”, “Qarabağ həqiqətləri”, “Daxili keyfiyyətlər və İctimai davranış”, “Sağlam düşüncə və Faydalı vətəndaş”,” Ailə, xalq, dövlət rəmzləri və mülkiyyətinə sədaqət hissi” adlı təlimlər şagirdlərdə müsbət yanaşmanın formalaşmasına, onların ailə, cəmiyyət və dövlət üçün faydalı vətəndaş və vətənpərvər gənc kimi yetişməsinə təsir göstərmişdir. Müxtəlif milli azlıqların məskunlaşdığı regionlarda həyata keçirilən layihənin məqsədi həmin regionların yeniyetmə və gəncləri arasında qardaşlıq münasibətləri qurub ictimai vətənpərvər fəaliyyətə cəlb edərək Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətləri və s. kimi sahədə biliklərini əsaslı şəkildə möhkəmləndirib və xüsusən də onlarda əzmkarlıq, birlik, millətinə, dövlət mülkiyyətinə, rəmzlərinə və azərbaycançılıq ənənələrinə sədaqət hissini,daxili-mənəvi keyfiyyətlərini artırıb dünya azərbaycanlılarına töhfə verməsidir. 14.04.2015-ci il tarixindən layihənin növbəti, müsabiqə mərhələsinə start verilib. Şagirdlər layihə çərçivəsində yaradılan səhifədə Azərbaycanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, adət-ənənələri, dahi şəxsiyyətləri və digər faydalı məlumatları haqqında müxtəlif maarifləndirici paylaşımlar edərək 40 gün müddətində müsabiqəyə qatılıblar. Ən fəal və xüsusi ilə faydalı məlumatlar paylaşan şagird müsabiqənin qalibi elan olunacaq. Qalib gəlmiş şagirdin sakini olduğu regiona bir daha səfər edərək qalib həvəsləndirici diplom və kubokla təltif olunacaq. Səhifənin daha da səmərəli və faydalı məlumatlarla dolğun olması, həmçinin qalibi müəyyən etmək üçün xüsusi Müsabiqə komissiyası yaradılmışdır. Müsabiqə komissiyası aşağıdakı tərkibdən ibarətdir: Komissiyasının sədri- Abdulov Fərhad Oktay oğlu, Uşaq və Yeniyetmələrə Dəstək İB-nin təsisçi və sədri,Layihə rəhbəri Üzvlər: 1. Quliyev Əzizağa Kişibala oğlu. Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru 2. Səfərova Vüsalə Ələddin qızı. Gəncə şəhəri İ.Məmmədov adına 27 saylı məktəb-liseyin Tərbiyə işləri üzrə direktor müavini, Tarix müəllimi 3.Behbudlu Mürsəl Bayram oğlu. Azərbaycan Müəllimlər institutu-filologiya. Xocavənd 4sayli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 4.Bayramova Aygün Nofəl qızı. Bakı Dövlət Universiteti. Tarix fakültəsi. Antropologiya ixtisası 5. Quliyeva Səbinə Nazim qızı. Baki Slavyan Universiteti. Beynəlxalq münasibətlər və Regionşünaslıq fakultesi. Beynəlxalq münasibətlər ixtisasi. 6. Ağayeva Reyhanə Arif qızı. Bakı Dövlət Universiteti. Filologiya fakultəsi. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı