Qazaxda avtomobil dərəyə aşdı: xəsarət alanlar var

103
Qazax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Dialoq.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndi yolunda qeydə alınıb.
VAZ markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində üç nəfər müxtəlif bədən xəsarətləri alıb.
Onlar Qazax Müalicə-Diaqnostika Mərkəzinə aparılıblar. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Hadisənin təfərrüatları araşdırılır.
