ƏSAS SƏHİFƏ

Qazaxıstandan Azərbaycana yükdaşımalar artırılacaq

94

Qazaxıstanın “KTZ Express” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Sanjar Yelyubayev tranzit-nəqliyyat potensialının reallaşdırılması və Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı çərçivəsində aparılan islahatlar barədə danışarkən Kurık limanı vasitəsilə 26 milyon ton yükdaşımaların həyata keçirilməsinin mümkün olduğunu deyib. “Tərəfdaşlarımız olan “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə daşıma sistemi texnologiyası demək olar ki, tam şəkildə hazırlanıb”, – deyə o bildirib.

Qazaxıstanın yeni pilot layihəyə keçdiyini qeyd edən Sanjar Yelyubayev bərələrdən deyil, konteynerləri daşıyan gəmilərdən istifadə olunacağını söyləyib. O deyib ki, cari ildə Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana, oradan da Avropaya tranzit yüklərin daşınmasının ikiqat artacağı gözlənilir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə müxtəlif istiqamətlərdə bir milyon tonadək yük daşınması qarşıda duran başlıca vəzifələrdən biridir.

Sanjar Yelyubayev Qazaxıstanın 2020-ci ilədək Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə Avropa ilə Asiya arasında yüklərin daşınmasında tranzit habına çevriləcəyini və 2020-ci ildə daşınmaların 5 dəfə artacağının gözlənildiyi bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı