CƏMİYYƏT 2020.10.26 22:30

Qazaxıstandan Bakıya dəstək: İrəvan dərhal çıxmalıdır

116

Bu gün Azərbaycanın Qırğızıstandakı səfirliyinin yanında Azərbaycana dəstək piketi keçirdik. Piketdə Qırğızıstanın Erkin Partiyasının lideri Dursundab Vakey Qulu, partiyanın sədr müavini Haydar Haliqov, Millət Ordusu Partiyasını lideri Nuralı Ulu Baxdbek iştirak etdi.

Bu sözləri Axar.az-a açıqlamasında Qırğızıstanın Erkin Partiyası sədrinin müavini Aydın Xaliqov deyib.

O bildirib ki, Qırğızıstan Azərbaycanı dəstəkləməyə hazırdır:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyirik. Ermənistan Qarabağı dərhal tərk etməlidir. Aqressor ölkənin KTMT-də qalmağa mənəvi hüququ yoxdur. Azərbaycana hələ ki, mənəvi dəstək veririk. Münaqişəyə xarici müdaxilə olunsa, o zaman könüllü dəstələrimizi göndərmək hüququmuz olacaq”.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı