15 Oktyabr 2014-cü il 14.00-18.00 arası Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzində Qahirənin Aynuş-Şəms Universitetinin professorlarının iştirakı ilə ərəb dili müəllimləri üçün təlim keçiriləcək. Dialoq.info xəbər verir ki, təlimin əsas məqsədi “Qeyri-Ərəblər üçün Ərəb dilinin tədrisində yeni üsullar, yeni yollar”ın azərbaycanlı müəllimlərlə müzakirəsi və tərəflərin qarşılıqlı təcrübə mübadiləsidir.
Təlimdə iştirak edən müəllimlərə Misir Mədəniyyət Mərkəzinin rəhbərliyi tərəfindən sertifikat təqdim olunacaq
Təlimdə iştirak etmək istəyən müəllimlərdən aşağıdakı online qeydiyyat formasını doldurmaq xahiş olunur.
https://docs.google.com/
Əlaqə nömrəsi: 050 751 82 81
