İQTİSADİYYAT 2020.09.16 19:00

Qeyri-neft-qaz məhsullarının ixracı azalıb

32

Yanvar-iyul aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2019-cu ilin eyni dövrü il müqayisədә faktiki qiymətlərlə 8,6 faiz, real ifadədə isə 17,1 faiz azalaraq 1 milyard 35,1 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsi xəbər verir ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40,4 faiz), Türkiyəyə (19,8 faiz), İsveçrəyə (10,4 faiz), Gürcüstana (8,1 faiz), Çinə (3,1 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2 faiz), Qazaxıstana (1,6 faiz), İrana (1,2 faiz), Türkmənistana (1 faiz), Belarusa (0,9 faiz), ABŞ-a (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı