ƏSAS SƏHİFƏ

QIDA Qış Sessiyası

948
Regionlar: Bakı
Vaxt: 13.12.2014, 17:00  –  14.12.2014, 18:00
Elandakı məlumatın adı: ARGTMŞ QIDA Qış Sessiyasını açıq elan edir
Məkan: Bakı şəhəri, Sabunçu rayonu, “Gənclər Evi“
Məqsəd: Gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılması
İştirakçılar: 14-29 yaşlı Azərbaycan vətəndaşları və gənclər təşkilatlarının nümayəndələri (Qeyri-rəhbər olduğu halda)Qeyd: ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarına üstünlük verilir 

Elan:

Hörmətli gənclər və gənclər təşkilatları,

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirtdiyi “QİDA-2014” Qış Sessiyasına iştirakçıların qəbulunu elan edir.

Qış sessiyası çərçivəsində “Şəxsi və Peşəkar inkişaf Akademiyası” üzrə “Gənclərin fəal iştirakı” tədris proqramı həyata keçiriləcək.

Tədris proqramında iştirak etmək üçün https://docs.google.com/forms/d/1-snrCkIvr8FUnRHOszlnYjIDrtL_RjCmrpcxgRIHFl4/viewform?edit_requested=true ünvanına daxil olub müraciət formasını doldurmaq lazımdır.

Yerlər məhduddur və seçim zamanı ən tez müraciət etmiş gənclərə üstünlük veriləcək.

Məlumat üçün qeyd edək ki, son illər QHT sektoruna dövlət dəstəyi bu sektorun inkişafına təkan vermişdir. QHT-lərə ayrılan diqqət bu sahənin gənclərin inkişafında, onların fəallığının təmin olunmasında, məşğulluğunun artırılmasında, dövlətçilik ənənələrinin ötürülməsi və təkmilləşdirilməsində, mədəniyyətlərin qarşılıqlı əlaqəsinin qurulmasında vacib mövqeyə sahib olduğunu göstərdi. QHT sektorunun inkişafa təkan verməsi həm də bu sahənin də inkişafının zəruriliyini aşkara çıxardı.

Bu sahənin nəzəri və praktik inkişafına nail olmaq məqsədilə Azərbayan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə QHT-lərin İdarəetmə Akademiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Akademiya QHT sektorunun inkişafına sistemli yanaşmanı əsas tutan təlimlər bloklarını əhatə edir. Akademiya təlimləri 4 tədris blok üzrə təyin olunmuşdur və hər bir blok auditoriya fərqini nəzərə alaraq təlim modullara bölünmüşdür:

І tədris bloku – “QHT-lərin İdarəetmə Akademiyası” (“NGO management school”)
II tədris bloku – “Layihələrin İdarəetmə Akademiyası” (“Project management school”)
III tədris bloku – “Şəxsi və Peşəkar inkişaf Akademiyası” (“Personal & Professional Capacity building School”)
IV tədris bloku – “Seçmə Kursları” (“Electives”)

Əlaqələndirici şəxs: Nərmin Hümmətova
Vəzifə: Layihə assintenti
Mobil tel: +994505429410
Tel: 012 441 16 31
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı