ƏSAS SƏHİFƏ

QIDA YAZ SESSİYASINI AÇIQ ELAN EDİR

687

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirtdiyi “QHT İdarəetmə Akademiyası” (“QİDA”) çərçivəsində “QİDA-2015” Yaz Sessiyası Suraxanı Gənclər Evində baş tutacaq.

Yaz sessiyası çərçivəsində “Şəxsi və Peşəkar inkişaf Akademiyası” (“Personal & Professional Capacity building School”) bloku üzrə “Şəxsi ünsiyyət texnikaları” adlı 18 illik təlimçilik təcrübəsinə malik olan Anar Məmmədov tərəfindən tədris proqramı həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, Anar Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Moskva Mədəniyyət Tarixi İnstitutunun Praktik Psixologiya fakultəsində təhsil almışdır. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyində 6 il, müxtəlif orta və ali təhsil ocaqlarında 4 il, Kütləvi Informasiya Vasitələrində və Biznes qurumlarda fəaliyyət göstərmiş və layihələrə rəhbərlik etmişdir. 1997-ci ildən etibarən sosioloji və marketinq araşdırmaları, 1998-ci ildən etibarən isə tədris sahəsinin öyrənilməsi ilə məşğuldur. 2010-cu ildən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Liseyinə rəhbərlik edir. Verbal və qeyri – verbal siqnalların öyrənilməsi, “Ünsiyyətdə əks-manipulyasiya texnologiyaları” və “Tədrisdə düşüncə seçimi” mövzuları üzrə təlimlərin müəllifidir.

Namizədlər üçün tələblər:

14-29 yaşlı fəal gənclər (Qeyri-rəhbər olduğu halda)

Qeyd edək ki, yerlər məhduddur və seçim zamani üzv təşkilatların nümayəndələrinə üstünlük veriləcək.

Müraciət üçün son tarix: 15.04.2015, saat 18:00

Akademiyanın məqsədi Gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərininreallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.

Akademiyanın mahiyyəti

Son illər QHT sektoruna dövlət dəstəyi bu sektorun inkişafına təkan vermişdir. QHT-lərə ayrılan diqqət bu sahənin gənclərin inkişafında, onların fəallığının təmin olunmasında, məşğulluğunun artırılmasında, dövlətçilik ənənələrinin ötürülməsi və təkmilləşdirilməsində, mədəniyyətlərin qarşılıqlı əlaqəsinin qurulmasında vacib mövqeyə sahib olduğunu göstərdi. QHT sektorunun inkişafa təkan verməsi həm də bu sahənin də inkişafının zəruriliyini aşkara çıxardı.

Bu sahənin nəzəri və praktik inkişafına nail olmaq məqsədilə Azərbayan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə QHT-lərin İdarəetmə Akademiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Akademiya QHT sektorunun inkişafına sistemli yanaşmanı əsas tutan təlimlər bloklarını əhatə edir. Akademiya təlimləri 4 tədris blok üzrə təyin olunmuşdur və hər bir blok auditoriya fərqini nəzərə alaraq təlim modullara bölünmüşdür:

І tədris bloku – “QHT-lərin İdarəetmə Akademiyası” (“NGO management school”)
II tədris bloku – “Layihələrin İdarəetmə Akademiyası” (“Project management school”)
III tədris bloku – “Şəxsi və Peşəkar inkişaf Akademiyası” (“Personal & Professional Capacity building School”)
IV tədris bloku – “Seçmə Kursları” (“Electives”)

http://www.nayora.az/announcements2,97/lang,az/

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı