DÜNYA 2020.10.15 12:45

Qırğızıstan prezidenti istefa verdi

30

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov istefa verib. Trend-in məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti bildirib.

O, ölkədə davam edən etiraz aksiyalarının dayanması üçün istefa verdiyini bildirib.

S.Jeenbekov yeni baş nazir Sadır Japarov və digər siyasətçilərə müraciət edərək öz tərəfdarlarını meydanlardan çəkməyə çağırıb.

Qeyd edək ki, Qırğızıstanda oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra etiraz aksiyaları başlamışdı. Paytaxt Bişkekdə fövqəladə vəziyyət və komendant saatı tətbiq edilmişdi.

Ötən gün Sadır Japarovun başçılığı yeni hökumət formalaşdırılmışdı.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı