DÜNYA 2020.10.10 17:02

Qırğızıstanın sabiq prezidenti saxlanıldı

23

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev saxlanılıb.

Trend-in məlumatına görə, bunu Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi bildirib.

Eks-prezident paytaxt Bişkekdə kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunub.

Onun saxlanılması üçün evinə xüsusi təyinatlılar cəlb edilib.

Qeyd edək ki, ötən həftə baş tutmuş parlament seçkilərindən sonra ölkədə iğtişaşlar başlayıb. Ötən gündən etibarən Bişkekdə fövqəladə vəziyyət və komendant saatı tətbiq edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı