Qırmızı “iPhone”un satışı dayandırıldı

arım il əvvəl “Apple” şirkəti qırmızı rəngli “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının yeni variantlarını təqdim edib.

Bu smartfonlar “Red” cihazları istehsalını genişləndirib və onların satışından əldə olunan vəsait Afrikadakı QİÇS ilə mübarizə ilə bağlı Qlobal Fonda köçürülür.

İndi isə “iPhone 8”, “iPhone 8 Plus” və “iPhone X” smartfonlarının təqdimatından dərhal sonra “iPhone 7”-nin qırmızı versiyası saytda satışdan rəsmən yığışdırılıb.

Hazırda “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının alıcıları “Jet Black”, “Black”, “Silver, Gold” və “Rose Gold” rəng variantları arasında seçim edə bilərlər.

Anbar ehtiyatları bitənə qədər isə arzu edənlər hələ də qırmızı rəngli “iPhone 7” smartfonunu müxtəlif mağazalarda tapa bilərlər.

İKT.lent.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here