CƏMİYYƏT 2020.03.27 05:30

Qiyamət günü insanların qiyafəsi necə olacaq?

242

Məadın fəlsəfəsi belədir ki, həm ruhi olacaqdır, həm də cismani. Əllamə Məclisi buyurur: “Cismani məad o mövzulardandır ki, bütün din sahibləri onda eyni nəzərə malikdirlər. Hər kim onu inkar edərsə, müsəlman olmaz”.

Qurani-Kərimdə buyurulur: “Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik”. (“Qiyamət” 4).

“De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir””. (“Yasin” 79).

“Və buna görə(dir) ki, Qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir”. (“Həcc” 7).

Məadın cismani olması barədə bir neçə nəzər var. Əksər alimlərin nəzərinə görə, insan Qiyamət günü dünyada olan cismə bənzər cisim ilə məhşur olacaqdır. Ancaq bu cismi əbədi olacaqdır, fani deyil.

Bu bədən axirətə uyğunlaşan bədən olacaqdır. Belə ki, cəhənnəm atəşində yanandan sonra yenidən bərpa olacaq və əvvəlki halına qayıda biləcəkdir.

Sədrul-Mütəllihin deyir: “Qiyamət günü bədənin həşr olması üçün lazım olan şey odur ki, bədənlər qəbirlərdən tək-tək çıxacaqdır və hər kim onları görsə deyəcəkdir ki, bu, filankəsdir”.

Əllamə Tehrani yazır: “Bütün fəqihlərin nəzərinə görə, məad ancaq cismani olacaqdır. Ruh bu cismin kənarında suya qarışan yağ kimi olacaqdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Behişt əhli tükdən təmiz bədənə, üzlərinə hələ tük çıxmamış simaya və gözə sürmə çəkilmiş kimi gözəl gözə malik olacaqlar. Gözlərinin hədəqəsi və kiprikləri qara rəngdə və gözlərinin ağı çox ağ olacaqdır. Nə cavanlıqları fənaya uğrayar və nə də libasları cürüyər”. (Beytutə)

Beləliklə deyə bilərik ki, insan Qiyamət günü həm cismi və həm də ruhu ilə məhşur olacaqdır. Ancaq cismi həmin şəraitə uyğun olan cisim olacaqdır. Qiyamətdən sonra insanların yaşı barəsində deyilir ki, behişt əhlinin hamısı cavan olacaqdır və qocalığın ora yolu olmayacaqdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı