ƏSAS SƏHİFƏ

Qucaqlaşmaq sağlamlığınıza xeyirdir

1.5K

Qucaqlaşmaq sağlamlığınıza xeyirdir… Hər birimiz gündəlik həyatımızda bir çox xoş təəssüratlarla qarşılaşırıq. Sevdiklərinizi qucaqlamaq və onlar tərəfindən qucaqlanmaq təbii ki hər birimizə müsbət təsir göstərir. Bunun isə yalnız xoş təəssüratlar deyil, həmçinin xeyirli olduğunu təəssüf ki, çoxları bilmir. Alimlərin araşdırmaları sübüt edir ki, qucaqlaşma bildiyimizdən daha xeyirli bir prosesdir. Onlar gündəlik qucaqlaşmanın, orqanizmin infeksiyalarla mübarizə aparmasına təsir göstərdiyini və ürək-damar xəstəlikləri təhlükəsinin azalmasına təsir etdiyini bildirirlər. Araşdırmalara əsasən 10 saniyəlik qucaqlaşma insan beynində stress hormonu olan “oksitosinin” azalmasına gətirir. Bunun isə müasir dövrdə nə qədər önəmli olduğunu hamımız bilirik. Bu kimyəvi reaksiya həmçinin qan təzyiqini azaldır, infeksiya və yorğunluqla mübarizə apararır və depressiya simptomlarını azlatma gücünə malikdir. Eyni zamanda karbohidratların mübadiləsini nizama salan “kortizol” hormonunun sayını azaldır. Bu isə sevdiyiniz insanla qucaqlaşmanızın çəkiyə müsbət təsirindən xəbər verir. Həmçinin xəbərdar olun ki, orqanizm qucaqalaşma zamanı sevinc hormonu olan “endorfini” istehsal edir. Qucaqlaşdıqda insan özünü yaxşı hiss edir, damarlarda qan daha tez dövr edərərək , ürək döyünməsini və nəfəsi tənzimləyir. Bundan əlavə proses zamanı beyində həzz mərkəzləri aktiv olaraq, həm kişi həm də qadın orqanizmində hemoqlobin səviyyəsini artırır, bu isə immun sistemə müsbət təsir göstərmiş olur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı