ƏSAS SƏHİFƏ

Quşların köçündə maraqlı məqamlar

720

Quşların köçündə maraqlı məqamlar

Heyvanlar köç etmək üçün havanın ən uyğun olduğu vaxtı seçirlər. Bu seçdikləri vaxt, köçdükləri və çatacaqları yerin hava şərtləri baxımından da ən uyğunu olur. Köç etməzdən əvvəl mütləq hazırlıq görürlər. Məsələn, quşlar kilometrlərlə məsafə qət edəcəkləri zaman köç etməzdən əvvəl ehtiyaclarından çox qida qəbul edirlər. Bədənlərində xeyli yağ yığmaq üçün heç dayanmadan qidalanırlar. Enerjilərinin paylanmasını da uçuş zamanı çox yaxşı nizamlayırlar. Səfər əsnasında enerjiyə qənaət edəcək şəkildə uçurlar. Bütün bunlarla yanaşı, köç zamanı iradəli davranıb adi vaxtlarda əldə etdikləri mənfəətləri görməməzlikdən gəldikləri müşahidə edilmişdir. Məsələn, Tierra del Fuegodan Alyaskaya köç edən qütb sumrusu Monterey körfəzindəki quşları izləyən gəmilərdən atılan siyənək balıqlarını görməməzlikdən gəlir. Yerli qağayılar balıqları ovlayarkən, sumrular uçub gedirlər. Çünki çatmaları olduqları hədəfləri vardır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı