ƏSAS SƏHİFƏ

Rəssam Zaur Tağıyevin “Narıncı” adlı sərgisi

1.0K

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində 28 noyabr 2014-cü il saat 12:00-da “Narıncı” adlı sərgi keçirilir.
Sərgidə nümayiş olunan əsərlər tanınmış azərbaycanlı rəssam Zaur Tağıyevin əsərlərindən ibarətdir. Sərgidə Zaur Tağıyevin illərlə işlədiyi orijinal rəngkarlıq nümunələri nümayiş olunacaqdır.
Z. Tağıyevin müxtəlif janr və üslublarda işlədiyi rəngkarlıq nümunələri sərgisevərlərin ixtiyarına veriləcəkdir. Rəssamın əsərləri orijinallığı və göz oxşayan cəlbedici koloritinə görə fərqlənir. Rəssamın əsərləri dünyanın bir sıra ölkələrində kolleksionerlərin şəxsi kolleksiyasında saxlanılır.
Sərgidə 100-dən artıq əl işi, sənət nümunəsi nümayiş olunur. Qeyd edək ki, sərgidə rəssamın işlərinin simvolik qiymətə satışı nəzərdə tutulub. Hər kəsin rəsimlərə sahib ola bilməsi üçün əsərlərin qiyməti 50-100 AZN civarında satışa çıxarılıb.
Sərgi 10 dekabr 2014-cü il tarixinədək davam edəcəkdir.
Qeyd edək ki, rəssamın ilk fərdi sərgisi 2010-cu ildə keçirilmişdir. Xatırladaq ki, 2013-cü ildə Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Zaur Tağıyevin “Ümid” adlı rəsm sərgisi keçirilmişdir. Rəssamın əsərləri realizm, surealizm və son dövürlərdə isə mücərrəd üslublarda işləyir. Bu sərgi rəssamın sayca üçüncü fərdi sərgisidir.
Sərginin rəsmi açılış mərasimi 28 noyabr 2014-cü il tarixində saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı