Raminə Baloğlanova – Məxfi sevgi məcrası

Raminə Baloğlanova

Məxfi sevgi məcrası

Gülüşlər bütün ətrafa nur kimi səpələnirdi.Hər tərəfdə gül-gülü salamlayır,bülbül-bülbülü alqışlayırdı.Gənclərin qayğısız gülüşləri ,söhbətləri təbiəti öz qoynuna almışdı.Yalnız Gövhər kədərli idi.Qəlbi coşğun bulaq kimi çağlayırdı.Düzdür, qəlbinə xoşbəxtlik yağışları olduğu halda qəm səpələnmişdi.Mənim yeni qəhrəmanım Gövhər həyatında təsadüf etdiyi hadisələri gözləri önünə gətirir,kiməsə danışmaq istəyirdi.

Gövhər GDU-nun ıv kurs tələbəsi idi.Daim ürəyində doğma yerlərində  olmaq ,özünə yaxın olan adamları görmək həsrətilə qovrulurdu.Gövhərgil üç uşaq idilər; Gövhər,Yavər,Yetər.Hər kəsdən böyük Yavər idi.Yavər artıq dörd ildir ki,ali məktəbi bitirmiş,öz rayonlarındakı müəssisələrdən birində çalışırdı.Yetər isə orta məktəbdə təhsil alırdı.Atası-Tofiq sürücü,anası isə evdar qadındır.Gövhərgilin rayonu dənizin kənarında yerləşən səfalı bir yerdədir.

Yağmurlu yaz axşamlarından birində heyrət doğuran hadisə oldu .Ailə üzvləri qonaq getdiyindən Gövhər bacısı ilə evdə tək qalmışdı,Yetər yatır,Gövhər tək darıxırdı.Bu zaman qapıya açar salındı.Qapı açılanda hündürboylu,yaraşıqlı bir oğlan əlində yekə çanta  içəri daxil oldu.Mətbəxin pəncərəsindən baxıb donub qalan Gövhər nə edəcəyini bilmədi.Aha,oğlan ona səbəbi məlum olmayan,həmişə qıfıllı olan otağı açıb ora keçdi.Gövhər düşüncələr içərisində stulda oturdu.Dəhlizdəki otaqdan ayaq səsləri,paltar xışıltısı,sonra çarpayı cırıltısı eşidildi.Gövhər suallar dənizində üzürdü sanki;Görən kimdir,evin açarı niyə onda var,otaq niyə həmişə qıfıllı olur?və s.Telefon zəngi onu fikirdən ayırdı.Dəstəyi götürüb;-Alo,-dedi,-Faiq,gəlmisən?paralel xətdən,-gəlmişəm,səhər işə çıxacağam.-Hər şey qaydasındadırmı?-niyə soruşursan ki..əlbəttə,-tez gəldin.-oldu sağ ol,yorğunam…Dəstək əlində qalan Gövhər təəccüb içində idi.Deməli,adı Faiqdir.

Faiq yorğun halda çarpayıda əyləşdi.Elə bil ayıldı,telefondakı səs Yetərin səsi deyildi.Bu saat öyrənərəm.Faiq Yavərlə bir qrupda təhsil almışdı.Ali məktəbi bitirdikdən sonra Yavərgilin rayonuna təyinat alaraq evi tikilənə qədər Yavərgildə qalmağı münasib görmüşdülər(Valideyinlərini evləri yanan zaman itirmişdi)Artıq savad,biliyi nəticəsində uğur qazanmış rəis vəzifəsinə qədər yüksəlmişdir.Bütün bu müddət ərzində Yavərgilin dəhlizindəki balaca otaqda yaşayır,amma nə sirdirsə,ali məktəblərdə tətil günləri olanda qrup yoldaşı İlqargilə gedir,bir neçə gün orda qalırdı ,bu məsələ onun üçün müəmma idi.Ailədə hər kəs onu sevirdi,bütün nəsil onu tanıyırdı.Fikirli halda mətbəxə keçərkən qonaq otağında televizorun səsinin gəldiyini bilib otağa keçdi.Otaqda hər şey yerində idi,dəyişən televizoru seyr edən qız idi.Qızın üzü güzgüyə düşdüyündən Faiq onu aydın görürdü.Düşündü;24 illik həyatımda belə yaraşıqlı qız görməyib.Qızın bahar kimi təravətli üzü,dağ şəlaləsi kimi uzun düz saçları onu məftun etdi.Faiq burada olduğunu bildirmək üçün astadan iki dəfə öskürdü.Qız səsə boylanıb tez ayağa qalxdı.Faiq bu gözəllik qarşısında özünü itirdi,amma tez özünü ələ aldı;-Axşamınız xeyir!Qız gülümsündü;-Xoş gəlmisiniz,amma mən sizi tanımadım.Mən Gövhər,siz də Faiq?-bəli,-Təəccüblənməyin,telefon zəngindən bildim,əyləşin.Tək yeyə bilmirəm,yemək isidmişəm,yeyərsinizmi?Faiq başı ilə razılıq verdi.Faiq özünün kim olduğunu danışdı,Gövhər də bu ailənin qızı olduğunu deyəndə Faiq;-Siz ali məktəbdə oxumursunuz ki?-Bəli,necə bildiniz?-hər şey aydın oldu,suallarıma cavab tapdım.İndi bildim,siz gələndə mən gedirəm,bir-birimizi eyni evdə yaşasaq da bu üzdən görməmişik.İndi mən tətil bitməmiş gəldim,işləri həll etməliydim.Yaqin ki,mənim üzümdən sizi sabah yola salacaqlar.

Hər ikisi bir-birini bəyənmişdi.Faiq”belə gözəli məndən haqlı olaraq gizlədiblər-deyə düşündü”Birdən üzü bahar buludutək tutuldu və təlaşla soruşdu;-Zöhrabı tanıyırsınız?-Bəli,mənə elçi düşüb.Nə olub ki?-İndi anladım,neçə dəfə ailəsini burda görmüşəm,məni görən kimi gediblər.O zaman atanın fikirli olduğunu bilib səbəbini tapa bilmirdim.İndi də mənim gəldiyimi görüb zəng etmişdi,yaqin,narahatdır,özü də bilmədən dedi-haqqı da var,siz çox gözəlsiz….baxışlarını yerə dikdi.Onlar uzun danışıqlardan sonra qərara gəldilər ki,tanışlıqlarını hələ deməsinlər,sağollaşıb otaqlarına keçdilər.Gövhər o saat yatdı.Öz otağında xəyala dalan Faiq yata bilmədi,planlar qurdu,öz yarısının Gövhər olduğunu düşündü…………

Səhər Gövhər səsə oyandı,anası onun çantalarını yığmışdı.-Qalx geyin,əziz balam,dərsindən qalma.Gövhər nə baş verdiyini anladı.Qalxıb geyindi.Nə etməli,onlarla razılaşmalı idi.Amma onu yenə görmək istəyirəm.Qəlbi təlatümlə çırpındı.Maşına minərkən gözləri otağn pəncərəsinə sataşdı.Faiq ona baxırdı.ona işarə ilə sənə zəng edəcəyəm –dedi.Gövhər də ona et dedi.Ailə Gövhəri yola salırdı.Həmişəki kimi amma Gövhər bu dəfə heç getmək istəmirdi.Yolboyu Faiqi unutmadı.Yoxsa o mənim qəlbimin hakimi olur?Niyə də olmasın?Atamgil onu evdə saxlayırlarsa,qalmasına icazə veriblərsə,deməli,o ,yaxşı insandır,amma atam bizim bir-birimizi sevəcəyimizdən qorxurmuş,bu da baş verir.O dedi ki,zəng edəcək.O ki mənim nömrəmi bilmir,necə zəng edəcək?Fikirlər onu öz ağuşuna almışdı….

Faiq idarədə nə edəcəyini bilmir,Gövhər ağlından çıxmırdı.Çox qızlarla münasibət qurmuşdu.Gövhərə olan duyğuları başqa idi.Zöhrabın səsi onu fikirlərdən ayırdı.Ona nifrətlə baxdı.Zöhrab narahat görünürdü,Faiqin Gövhərlə qarşılaşmadığına əmin olmaq istəyirdi,rəislə necə elə danışa bilərdi…əlacsız halda vurnuxurdu.Rədd cavabı almasına baxmayaraq ümid edirdi..Axşam telefonda qızın səsini eşitdiyindən çox narahat idi.Özünü zorla toplayıb;-Faiq müəllim,axşam telefondan qız səsi gəldi,kim idi ki?,ürəyində əzab çəksə də gülümsündü.Qız kimdir?Yəqin araya düşüb-ciddi,amiranə deyilmiş sözlərdən sonra Zöhrab dərindən,azad nəfəs aldı.Otaqdan çıxdı.Faiq qəzəblə onun ardınca baxdı,söz almağa gəlib.Bəs mən hara zəng edəcəyəm?,nömrə bilmirəm,axı.Valideynlərim yoxdur,Gövhər həyatımın mənası olar,inşallah.Evə gəldi,telefon çeklərini yığdı,eyni nömrəyə çoxlu pul ödənilmişdir.Hə.bu ,onun nömrəsidir,Əlləri əsə-əsə nömrələri yığdı.Telefondakı səs onun qəlbini titrətdi,zorla özünü ələ alıb-necəsinz?Necə çatdınız?Gövhər də onun səsini tanımış,titrədiyini hiss etmişdi.Onlar danışdılar….

Bu gün Gövhər xüsusi bəzənmişdi,yoldaşlarından birinin ad günü idi.Qızlar ona baxaraq,cox gözəlsən-demişdilər.Onlar dərsdən çıxıb gedərkən Gövhər qarşıda Faiqin dayandığını gördü.Özünü itirmədən,qızlar şübhələnməsin deyə ona tərəf addımladı.Faiq Gövhəri belə görməmişdi,nə edəcəyini bilmədi,yaxınlaşan qıza-Gövhər,mən səni bacı kimi sevə bilmədim,başqa duyğularla sevdim.Əgər istəməsən,geri ,qızların yanına qayıt,bir nəfəsə dediyi sözlərdən özü də təəccübləndi.Gövhər isə qayıtmadı,onun maşınına əyləşdi.Evdəkilərin əhvalını soruşdu.Sonda Faiq dedi ki,bura Yavərlə gəlib,ona sevdiyim qızı göstərəcəyimi dedim.Gövhər qızarmış çöhrəsindəki sevinc qarışıq təlaşla;Məncə,çox tələsirsən.Hisslərin səni aldada bilər,uzun danışıqlardan sonra dediyi sözləri bir daha təkrar etdi.Faiq dediyindən dönməyərək;-sabah Yavəri gətirib səninlə tanış edəcəyəm.Sənin uğrunda mübarizə aparacağam…

Gövhər evə gələndə Yavər içəridə xalasıgillə şirin söhbət edirdi.Onlar görüşüb,hal-əhval tutdular.  Səhər Yavər Gövhəri universitetə gətirdi.Qızlar Yavəri tanıdıqları üçün ona yaxınlaşıb söhbət edirdilər. Gövhər dərsdə otursa da,fikri Faiqin yanında idi;görən bu işin sonu necə olacaq?.Ürəyi sinəsindən çıxacaqdı.

Dərsdən sonra Gövhər heç kəsi gözləmədən çıxdı.Qapıda dayanmış Yavərlə Faiqi gördükdə nə edəcəyini bilmədi.Hər ikisi ona tərəf irəlilədi.Yavər ;-Tanış ol,demək istəyirdi ki,Faiq –biz tanışıq,Gövhər mənim sevdiyim qızdır.Tir-tir əsən Gövhərə sakit ol işarəsi verdi.Onlar maşına mindilər,Yavər ona tərs-tərs baxırdı.Yavər özünə gələ bilmirdi.Qorxduğu başına gəldi,illərlə çəkdikləri əziyyət hədər olmuşdu,bəxt ,tale budurmu?Harada olsa,özünü göstərir.Düzdür,Yavər çox istəyirdi ki,Gövhər Faiq kimi oğlanla evlənsin,amma hər kəs nə deyərdi,evlərinə gətirib qızlarını verdilər…

Ata onların arasındakı soyuq münasibəti görürdü,Faiq evini də tamamlamışdı.Artıq köçəcəkdi.Bir neçə gün sonra Faiqin qrup yoldaşı İlqarın ata-anası onlara elçi gəlib Gövhəri Faiqə istəyəndə hər şey məlum oldu. Gövhərin də razılığını bilən atanın razılaşmaqdan başqa əlacı olmadı.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here