CƏMİYYƏT 2021.01.23 03:00

Ramiz Mehdiyev Əli Abbasova yüksək vəzifə verdi

76

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov yüksək vəzifə alıb.

Axar.az xəbər verir ki, AMEA prezidenti Ramiz Mehdiyevin qərarına əsasən, akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutuna baş direktor təyin olunub.

Sabiq nazir AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun yerinə bu vəzifəyə gətirilib.

Qeyd edək ki, Ə.Sadıqov icraçı direktor vəzifəsini yerinə yetirəcək.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı