ƏSAS SƏHİFƏ

“Real Biznes Plan” çempionatı

956

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Real Biznes Plan” çempionatı adlı layihəni sizlərə təqdim edirik!

Layihədə iştirak etməklə SİZ.
– Biznes planlarının hazırlanması
– Marketinq
– Komanda işi
– Təqdimat bacarıqları
– Bədən dili
– Uğurlu ünsiyyət
– Biznes etikası

-Təlimlərində və mütəxəssislərlə görüşlərdə iştirak etmək şansı əldə edəcəksiniz!

Təlimlərin sonunda Biznes Plan Çempionatı təşkil olunacaqdır. Bütün iştirakçılar sertifikatla, qaliblər isə pul mükafatı və müxtəlif hədiyyələrlə təltif olunacaqdır.

Layihəyə Azərbaycan Respublikasının Ali məktəblərinin bakalavr və magistr pilləsində təhsil alan (16-29 yaş) tələbələr müraciət edə bilərlər. Layihədə iştirak tamamilə ÖDƏNİŞSİZDİR.

Qeydiyyat üçün hər kəs fərdi şəkildə müraciət etməlidir. Lakin, layihənin ikinci mərhələsi yəni çempionatda komanda (ən azı 3 ən çoxu 5 nəfər üzv olmaqla) şəklində iştirak zəruri olacaqdır. Bu baxımdan da fərdi müraciət mərhələsindən sonra iştirakçıların istəyinə uyğun komanda bölgüsü aparılacaqdır. Yəni, hər kəs öz universitet yoldaşı və s tanışları ilə bir komandada təmsil olunma şansı əldə edəcəkdir.

Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/1NKiNbO3LUkTnGurOLdUzGfg80ZQWniKZ4MqB58KVNBw/viewform

SON MÜRACİƏT TARİXİ: 12 aprel 2015. saat 23:00

Qeyd- Layihə müddətində təlim və digər görüşlər iştirakçıların (tələbələrin) dərs vaxtlarıyla uyğunlaşdırılacaqdır. Başqa sözlə dərslərə mane olmadan həyata keçiriləcəkdir.

Əlaqə:
E-mail: [email protected]
Tel: 055-9735453 (Layihə rəhbəri- Nihad Mahmudlu)
070-5741868 (Layihə meneceri- Nail Kərimli)
050-7067686 (Layihə meneceri- Əli Tağızadə)

Ən uzun yollar belə bir addımla başlayır. İlk addımınızı bizimlə atın!

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı