İDMAN 2020.05.04 10:07

“Real”ın təklifini geri çevirdiyim üçün peşman deyiləm”

29

Milan “İnter”inin sabiq qolkiperi Françesko Toldo böyük klublardan gələn təklifləri rədd etməsindən danışıb.

Antena Three xəbər verir ki, İtaliya millisinin eks-qapıçısı belə deyib:

“İnter”də qələbə qazanmaq məndə həmişə özəl duyğular yaradıb. Bu, yalnız qorxunc fırtınadan sonra sahilə çıxan gəminin ekipajının keçirdiyi hislərlə müqayisə oluna bilər. “İnter”də qalmağı, onun uğurlarının bir parçası olmağı özümə şərəf saymışam. “Bavariya”, “Liverpul” və “Real”dan aldığım təklifləri dərhal geri çevirmişəm. Düzdü, karyeramı bir qədər tez bitirmək məcburiyyətində qaldım. Ancaq seçimimlə fəxr edirəm, əsla peşman deyiləm”.

Qeyd edək ki, hazırda 48 yaşı olan Toldo 2001-2010-cu illər aralığında “İnter”də çıxış edib və karyerasını bu klubda başa vurub.

Fanat.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı