Region muzeylərini əhatə edən “Əməkdaşlıq və metodiki yardım” layihəsi həyata keçirilir

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə gerçəkləşən və regionlardakı muzeyləri əhatə edən “Əməkdaşlıq və metodiki yardım” adlı layihə davam edir.

Layihə çərçivəsində Milli İncəsənət Muzeyinin əməkdaşları əvvəlcə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələdə yerləşən muzeylər, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, habelə bölgədə yerləşən digər muzey əməkdaşları ilə görüşlər keçirilib.

Görüşlər zamanı muzeylərin fəaliyyəti, eksponatların komplektləşdirilməsi, əsərlərin atribusiyası, tarixi, texnikası ilə tanış olmaqla yanaşı, müvafiq muzeylərin əməkdaşları muzeyşünaslıq sahəsində mövcud yeniliklər barədə məlumatlandırılıb, lazımi tövsiyələr verilib. Həmçinin digər mövzularda metodiki yardım göstərilib, treninqlər təşkil edilib.

Qeyd edək ki, layihənin məqsədi bölgə muzeylərinin işi ilə tanışlıq və onlara müvafiq metodiki yardımın göstərilməsi və tövsiyələrin verilməsidir.

AZƏRTAC