Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Avrasiya Beynalxalq Əlaqələr və Araşdırmalar” İctimai Birliyinin “Region qadınlarının seçki aktivliyinin artırılması və onların bələdiyyə seçkilərində iştirakına təşviq edilməsi” layihəsi həyata keçirilmişdi. Layihənin əsas məqsədi qadınların seçki aktivliyinin və seçki kampaniyasında iştirakının artırılması, qadınların seçki hüququndan aktiv istifadəsi, onların seçilmək hüququndan bəhrələnməsi, qadınların icma fəallığının artırılması, ictimai siyasətə təşviq edilməsi, regionlarda qadınların ictimai həyata nüfuz etməsi üçün təbliğatın aparılmasından ibarətdir.
Layihə çərçivəsində Qəbələ,İsmayıllı və Quba rayonlarında avqust və noyabr aylarında monitorinq və sorğular aparılmış, “Qadınların bələdiyyədə təmsilçiliyi: gender bərabərliyi ” mövzusunda müzakirələr təşkil olunmuş və təlimlər keçirilmişdi.
