ƏSAS SƏHİFƏ

“ Regional karyera akademiyası” adlı layihə keçirilib

573

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi  ilə “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi tərəfindən Şəki şəhərində “ Regional karyera akademiyası” adlı layihə keçirildi. Layihədə şimal – qərb regionunun müxtəlif rayon və şəhərlərindən 30 nəfər gənc iştirak edirdi.

Layihə çərçivəsində keçirilən təlimlərdə gənclərə karyera, karyera planlaşdırma və inkişaf etdirilməsi, zamanın idarə edilməsi mövzularında təlimlər keçirilidi. Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov layihənin qonağı olaraq gənclərə öz karyerası haqqında məlumat verdi.

2 gün təşkil olunmuş təlim interaktiv şəkildə keçirildi. Rayonlardan gələn iştirakçılara rayonlarındakı gənclərə paylamaq üçün layihə çərçivəsində hazırlanmış “Karyara planlaşdırılması” kitapçaları verildi. Kitabçalar  həmçinin layihə iştirakçılarına da paylanıldı.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı