ƏSAS SƏHİFƏ

Rektor: “Gənc professorlar” iqtisadçı ekspert kimi fəaliyyətlərini genişləndirməlidir

371

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc professorlar” layihəsinin iştirakçıları ilə görüş keçirilib. Universitet üçün mühüm əhəmiyyət daşıyan “gənc professorlar”ı daha aktiv olmağa çağıran rektor, professor Ədalət Muradov onlara öz tövsiyələrini çatdırıb. Bildirib ki, “gənc professorlar” tədqiqat işlərini müvafiq qaydalarda nəzərdə tutulan müddət çərçivəsində yekunlaşdırmalı, birgə elmi əməkdaşlıqlarını dərinləşdirməli, yüksək reytinqli beynəlxalq jurnallarda birgə məqalələrlə, həmçinin də milli və beynəlxalq elmi müsabiqələrdə birgə layihələrlə çıxış etməlidirlər. Ə.Muradov “gənc professorlar”ın universitetin gənc müəllimlərinə dəstək vermələrinin və öz təcrübələrini bölüşmələrinin vacibliyini də xüsusi vurğulayıb.

Tədbirdə Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsində “gənc professorlar”ın apardıqları tədqiqatların ölkə üçün mühüm əhəmiyyətindən danışılıb və həmin tədqiqatların nəticələrinin vaxtaşırı olaraq geniş ictimaiyyətə çatdırılmasının vacibliyi qeyd edilib. Rektor bildirib ki, UNEC-in yeni nəsil professorları cəmiyyətdə iqtisadçı ekspert kimi fəaliyyətlərini genişləndirməlidir. Onlar eyni zamanda İqtisad Universitetin radiosu, rəsmi saytı və qəzetində, həmçinin də sosial şəbəkələrdə aktual iqtisadi mövzularda çıxış etməli, ölkədə baş verən son iqtisadi proseslərə münasibətlərini bildirməli və müvafiq təkliflər verməlidir.

Ə.Muradov onu da əlavə edib ki, elmi-tədqiqatlarını genişləndirmək və təcrübələrini daha da artırmaq məqsədilə “gənc professorlar” mütəmadi olaraq nüfuzlu xarici universitetlərə və elmi-tədqiqat mərkəzlərinə ezam ediləcəkdir.

Sonda “gənc professorlar” fəaliyyətləri haqqında, xüsusilə də tədqiqat işlərinin gedişi, qarşıya çıxan problemlər və onların həlli yolları üzrə öz fikirlərini bildirib. Gələcək birgə elmi əməkdaşlıqlarının əsas istiqamətlərini müzakirə ediblər.

Ректор UNEC: “Молодые профессора” как экономические эксперты должны расширять свою деятельность

В Азербайджанском государственном экономическом университете (UNEC) проведена встреча с участниками проекта «молодые профессора». Ректор, профессор Адалят Мурадов,  призывая к активности «молодых профессоров», имеющих важное значение для университета, дал им свои рекомендации. Он отметил, что «молодые профессора» должны подытожить свои научные работы в рамках определенного времени в соответствующем порядке, углублять научное сотрудничество, выступать совместными статьями в международных журналах с высоким рейтингом, а также выступать совместными проектами на национальных и международных конкурсах. Особо отметил А.Мурадов о  важности поддержки «молодыми профессорами» молодых преподавателей и передачи им своего опыта.

На мероприятии обсуждался вопрос о важном значении проведенных «молодыми профессорами» исследований на новом этапе развития экономики Азербайджана, и о важности периодического донесения до широкой общественности. Ректор отметил, что новое поколение профессоров как экономические эксперты UNEC должны расширять свою деятельность. Они также должны выступать по радио, в официальном сайте и в газетах UNEC, в том числе в общественных сетях на актуальные экономические темы, высказывать свое отношение по поводу происходящих в стране экономических процессов и представлять соответствующие предложения.

А.Мурадов также добавил, что с целью расширения научных исследований и повышения опыта «молодые профессора» постоянно должны командироваться в престижные зарубежные университеты и научно-исследовательские центры.

В конце высказал мнение по поводу деятельности «молодых профессоров», особенно о проведении исследовательских работ и решения возникающих проблем. Были обсуждены основные направления совместного научного сотрудничества в будущем.

UNEC Rector: “Young Professors” should expand their activities as Economist Experts

A meeting with the participants of the Project “Young Professors” has been held at Azerbaijan State University of Economics (UNEC). Urging the “young professors” which is very important for the university to be more active, Rector, Professor Adalat Muradov addressed his recommendations to them. He said that “young professors” should complete their research works within the period intended by the relevant rules, deepen joint scientific cooperation and must perform with joint articles in the international journals of high ranking, as well as the national and international scientific competitions. A. Muradov emphasized the importance of sharing their experiences and supporting the young teaching staff members. The importance of the researches conducted by “young professors” in the new stage of the Azerbaijan’s economy have been spoken about and to delivering these researches’ results to public regularly. Rector said the new generation of UNEC’s professors should expand their activities as the economist experts in society. In addition, they should perform with the actual economic topics on the radio, official webpage and the newspaper of the University and the social networks as well, express their opinion on the latest economic processes happen in the country and give appropriate proposals.

A.Muradov also added that “young professors” will be sent on business trips to the prestigious foreign universities and scientific-research centers to expand their scientific activities and to improve their experiences.

At the end of the event, “young professors” spoke about their activities, especially the progress of their research works, problems they face and ways to solve them. They discussed main directions of the joint future scientific cooperation.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı