CƏMİYYƏT 2020.11.02 09:35

Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub

33

M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.

TƏBİB-dən verilən xəbərə görə, bu barədə TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. Əmrə əsasən, Pərviz Nadir oğlu Hacıyev Respublika Kliniki Uroloji Xəstəxanasının baş həkimi təyin edilib.

Pərviz Nadir oğlu Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb. Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirib. Özəl tibb müəssisəsində çalışıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı