İDMAN 2020.03.25 21:45

Ronaldo Juventus-dan ayrılır?

36

Juventus-un hücumçusu Kriştiano Ronaldo komandadan ayrılmaq istəyir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumatda, portuqaliyalı futbolçunun Turin klubunda xoşbəxt olmadığı və cari mövsümün sonunda komandadan ayrıla biləcəyi bildirilib. Ronaldo iki klubdan təklif alıb. PSG və Manchester United klubları hücumçunu transfer etmək niyyətindədir.

Qeyd edək ki, 2003-2009-cu illərdə Manchester United-in şərəfini qoruyan Ronaldonun Juventus-la müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Goal.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı