MƏDƏNİYYƏT 2019.12.23 11:15

Röya Ayxan: Hüseyn mənimlə ingilis dilində mahnı oxumaq istəyir

65

Oğlum mənimlə ingilis dilində mahnı oxumaq istəyir.

Dialoq.info xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Röya Ayxan deyib.

“Zima-2019” Beynəlxalq Uşaq Festivalında iştirak etməyimin səbəbi həm dostlarımın uşaqlarının orada iştirak etməsi, həm də Hüseynin musiqini sevməsidir. Neçə gündür ingilis dilində musiqi seçir. Mahnını gətirib deyir ki, gəl, oxuyaq. Deyirəm, indiyə kimi ingilis dilində oxumamışam, bundan sonra sənə görə oxuyum?

Ona başa salıram ki, ana-bala olsaq da, bəzən bir-birimizi başa düşmürük. Onun düşüncəsi ingilislərə daha çox uyğundur. Çünki Hüseyn iki yaşından ingilisdilli məktəbdə oxuyur. İnanın ki, altı aylığından ingilis dilində cizgi filmlərinə baxırdı. İndi ona mahnını hiss etməsəm, oxuya bilməyəcəyimi başa salıram. Mən rus dilini başa düşməsəm də, mahnıları oxuyanda ağlayıram. Nə vaxtsa bir ingilis də Röyaya görə ağlayar”, – deyə Xalq artisti bildirib.

Barışıqlardan söhbət açan Röya Ayxan qeyd edib ki, onunla eyni dövrdə səhnəyə gəlmiş həmkarları ilə heç vaxt mübarizə aparmayacaq:

“Artıq il bitir. Barışıqlar da olur. Mənim üçün də çox gözəl il başladı. Özüm-özümə deyirəm ki, xeyli çətinliklərdən keçdiyim üçün hər kəsə ilk addımı mən atmalıyam.

Allah məni o qədər ucaldıb ki, cılız, lazımsız və ucuz söhbətlərə baxmağa haqqım belə yoxdur. Buna ürəyim də icazə vermir. Qadın həmkarlarımla küsülü olmaq istəmirəm. Amma prinsiplər olduğu zaman sakit deyiləm. Ortada səmimiyyət yoxdursa, dost da ola bilmirəm.

Mənimlə eyni nəsildə doğulanlara, eyni düşünənlərə heç vaxt pis mübarizə aparmaram. Bu sənətdə olan qadın dostlarıma daha böyük hörmətim olacaq. Mən nə qədər böyüyürəmsə, o qədər də kiçilirəm. 

Kiçikliyimi yerindəcə bildirən biriyəm. Ona görə də hamını təbrik edib, uğurlar və sədaqət arzulayıram. Başqa şeylər boşdur. Bir zamanlar mənim qarşımda qılınc oynadanların indi heç biri yoxdur”.  

 Xalq artisti makiyajdan bezdiyi üçün saçlarını əvvəlki formasına qaytardığını əlavə edib:

“Bu saçlarla çox rahatam. Çünki bu saçlar az makiyaj tələb edir. Mənə daha çox buruq və ya qısa saç yaraşır. Uzun saçları gözəllik və çəkiliş üçün edirdim. Heç kim məni aylarla uzun saçda görməyib. 

Ümumiyyətlə, hamı mənim obraz insanı olmadığımı bilir. Mən dəli və əsəbi biriyəm. Hətta kinoya çəkilməyimi belə istəyirlər. Amma mən bunu edə  bilmərəm. Çünki əhvalım olmadığı zaman zəng vurub istəmədiyimi deyəcəm. Həmçinin, evdə belə bir şey olduğu zaman çəkilişə getməyəcəm. Gedilmədiyi zaman da cəriməni ödəmək lazımdır. Ona görə də elə şeylərə getmirəm”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı