MƏDƏNİYYƏT 2020.05.02 04:23

Röyanın daha bir açıq-saçıq – Fotosu

605

Xalq artisti Röya sosial mediada paylaşımları ilə heyrətləndirməyi davam edir.

Dialoq.info oxu.az-a istinadən xəbər verir ki, sənətçi şou-biznesin sükütunu açıq-saçıq və qlamur fotosu ilə pozub.

Ağlı-qaralı fotoda stulda oturaraq ayaqlarını önə aşıran Röya qara rəngli “top” və qısa “şortu” ilə kamera önünə keçib.

Xalq artisti seksual “look”unu uzun, parlaq, dəri çəkmələri ilə tamamlayıb. Bu çəkmələrin müəllifi gürcü dizayner Datuna Sulikaşvilidir.

Diqqət çəkən məqam isə çəkmənin bir dünya şöhrətli ulduz Leydi Qaqa, bir də Xalq artisti Röya Ayxanda olmasıdır. Qısa sarı saçlarını uzadaraq qaraya boyayan Röya onları çiyinlərini atıb.

Röyanın imici üzərində dünya şöhrətli vizajist və stilist Anar Ağakişiyev çalışıb.

Müğənni iki milyonluq “Instagram” hesabında paylaşdığı şəklə “Bir üzü ağarıb guya” şərhini yazıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı