ELM VƏ TƏHSİL 2020.05.23 11:39

“Rupor” Diaspor Komitəsinin dəstəyi ilə yeni layihəyə başlayır

50

Layihənin adı: “Xaricdə yaşayan azərbaycanlı elm adamlarını təbliğ edək”

Dialoq.info xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin informasiya dəstəyi ilə “Rupor.az” saytı yeni layihəyə başlayır.

“Xaricdə yaşayan azərbaycanlı elm adamlarını təbliğ edək” layihəsi çərçivəsində müxtəlif ölkələrin vətəndaşları olan yurddaşlarımızla virtual formada görüşəcək, onların elmi fəaliyyətlərinə ışıq salacaq, Azərbaycanın insan kapitalının zəngin və geniş olduğu barədə daha aydın təsəvvür yaradılmasına səy göstəriləcək.

Yazıların janrı əsasən reportaj xarakterli olacaq.

Layihənin məqsədi onun fəaliyyət istiqaməti ilə eynilik təşkil edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı