ELM VƏ TƏHSİL 2020.09.17 15:33

Rus bölməsinin abituriyentləri Azərbaycan bölməsinin ixtisaslarını seçə bilərmi? – DİM AÇIQLADI

26

Qəbul qaydalarına görə, ixtisaslar üzrə birgə müsabiqə yoxdursa, plan yerləri yalnız Azərbaycan və rus bölməsi üzrə ayrılıbsa, müvafiq bölməni bitirən və həmin dildə imtahan verən abituriyentlər ixtisas seçimində yalnız həmin bölmə üzrə olan ixtisasları seçə bilərlər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama, ölçmə materialları şöbəsinin müdiri Natiq Əliyev deyib. Onun sözlərinə görə, rus bölməsinin abituriyentləri əlavə imtahan verməklə Azərbaycan bölməsi üzrə olan ixtisasları seçə bilərlər:

“Yaxud Azərbaycan bölməsinin abituriyentləri fərq imtahanı verməklə rus bölməsi üzrə olan yerləri seçə bilərlər. Amma bunun üçün əvvəlcədən qeydiyyatdan keçmək lazım idi. Abituriyentlər buraxılış imtahanı dövründə həmin fərq imtahanını verməli idilər”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı