DÜNYA 2020.12.06 03:00

Rusiya kütləvi peyvənd proqramına başladı: ilk sırada bu peşələrin sahibləridir…

35

Moskvada yeni açılan klinikalarda COVİD-19-la bağlı vaksinasiya proqramına başlanılıb. Bu proqram ən çox risk altında olan işçilər üzərində tətbiq edilib.

“BBC Türkcə” xəbər verir ki, avqust ayında qeydiyyata alınan “Sputnik V” peyvənd proqramından istifadə olunub. Peyvəndin müəllifləri onun yüzdə 95 faiz təsirli olduğunu və hər hansı bir əhəmiyyətli yan təsir göstərmədiyini söyləyirlər, ancaq bununla belə peyvəndin yan təsirlərinin araşdırılması davam edir.

Həftə sonu iki dozadan birincisini qəbul etmək üçün minlərlə insan qeydiyyatdan keçib, lakin Rusiyanın nə qədər peyvənd istehsal edə biləcəyi məlum deyil. İlin sonuna qədər yalnız iki milyon dozada peyvənd istehsal ediləcəyi təxmin edilir.

_115338017_bec10137-efd7-4989-a93d-c8f2a69fedac.jpg (64 KB)

Moskvanın bələdiyyə sədri Sergey Sobyanin həftənin əvvəlində proqramı elan edib və proqramın 13 milyonluq şəhərdəki təhsil, səhiyyə və sosial xidmət işçilərinə təklif edildiyini söyləyib. Sobyanin daha çox peyvənd istehsal edildiyi üçün bu siyahının artacağını bildirib.

18-60 yaş arasındakı yuxarıda qeyd etdiyimiz peşələrin sahibləri pulsuz, onlayn qeydiyyatdan keçərək, şəhərdəki 70 müəssisədə peyvənd oluna bilərlər. Bu obyektlər yerli vaxtla 08:00-20:00 arasında fəaliyyət göstərir.

Son 30 gündə inyeksiya edilmiş və ya son iki həftədə tənəffüs problemi olanlar, bəzi xroniki xəstəlikləri olanlar və hamilə, uşaq əmizdirən qadınlar bu testdən kənar tutulur.
Mərkəzi Moskva klinikasında səhiyyə işçiləri və müəllimlər peyvənd olunur. Təhlükəsizliyini və effektivliyini sınamaq üçün kütləvi sınaqlardan keçilsə də, “Sputnik V”i almaq üçün insanlar kifayət qədər həvəsli görünmürlər. Bir həkim çalışdığı xəstəxanada çox sayda Covid-19 xəstəsi gördüyünü və bu xəstəliyə tutulmamaq üçün şansını peyvəndlə yoxlayacağını deyib.

_115338486_d3f70001-1b72-4b8f-9bae-c32764682c55.jpg (53 KB)

Başqa bir qadın respondent isə deyib ki, təcrübələrin davam etməsindən narahat deyil, əksinə, bütün proseslər bir yerdən başlamalıdır.

İnsanlar isə bu peyvənd təcrübəsinə könüllü olaraq qoşulurlar. İstifadə edilməzdən təxminən 15 dəqiqə əvvəl dondurucudan çıxarılan peyvəndi vurmazdan öncə xəstələrə bir neçə ümumi sağlamlıq sualı verilir. Vərəqədə mümkün yan təsirlər barədə xəbərdarlıq edilir, amma onlara bildirilir ki, bu təsirlər ya yüngül keçəcək, ya da ən çoxu bir neçə gün davam edəcək.

Bununla paralel, peyvənd tətbiqinə ictimai reaksiyalar da qarışıqdır. Moskvada yaşayan İqor Krivobokov, Reuters-ə verdiyi açıqlamada, “Bu ideyanı çox sevirəm, çünki işləri düzəltmək, infeksiya səviyyəsini azaltmaq üçün bir şansdır” -deyib.

Ancaq Sergey Qrişin adlı başqa bir respondent peyvənd vurdurmağı planlaşdırmadığını deyib: “Bu keçid dövrü çox vaxt aparacaq. Peyvəndin yalnız kiçik bir hissəsi istehsal olundu … Hər kəs peyvənd olunmalıdır, əgər alsalar, sağ qalacağam.”

Rusiyada indiyə qədər 2.431.731 nəfər koronavirusa yoluxub. Bu virusdan dünyasını dəyişənlərin sayı 42.684 nəfərdir. Şənbə günü gündəlik 28.782 yeni yoluxma ilə rekord müşahidə edilib.

Ölkədəki xəstəxanalar həddindən artıq yüklənib. Moskva, Rusiyada hər gün minlərlə hadisəni və onlarla ölüm hadisəsini qeydə alan epidemiyanın mərkəzidir. Son 24 saat ərzində yoluxanların sayı 7.993-dür.

Rusiya hökuməti komendant saatı tətbiq edilməsini mümkünsüz sayır. Lakin noyabr ayında Moskvadakı bar və klubların iş saatlarına məhdudiyyətlər qoyulub, ali məktəb tələbələrinin məsafədən təhsil alması ilə bağlı qərar verilib. Eyni zamanda mədəni və idman tədbirlərinin sayı da azaldılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı