İDMAN 2019.09.20 09:45

Rusiya Xəzər konvensiyasını ratifikasiya etdi

160

Rusiya Dövlət Duması Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etdi.

“RİA Novosti” xəbər verir ki, sənədi Dumaya prezident Vladimir Putin təqdim edib.

Spiker Vyaçeslav Volodin sənədin qəbulunu region ölkələrinin əməkdaşlığına müsbət təsir göstərəcəyinə ümüdvar olduğunu bildirib.

“Xəzər dənizi vacib geosiyasi, iqtisadi-ticarət və strateji imkanlara malikdir. O Rusiyanı, Azərbaycanı, İranı, Qazaxıstanı və Türkmənistanı birləşdirir”, deyə siyasətçi qeyd edib.

Onun sözlərinə görə, Konvensiyanın qəbulu 20 illik əziyyətli işin yekunudur.

Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov öz növbəsində bildirib ki, Rusiyanın Xəzərin hüquqi statusu haqqında konvensiyada iştirakı ölkənin Transxəzər qaz kəməri layihəsində mövqelərini gücləndirəcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı