DÜNYA 2020.09.16 11:52

Rusiyada daha 132 nəfər koronavirusun qurbanı oldu

24

Rusiyada son bir gündə daha 5 670 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 079 519 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 132 nəfər artaraq 18 917-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 890 114 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 750 nəfər.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı