DÜNYA 2020.05.02 16:02

Rusiyadan Haftara təlimat – Yeni gəlişmə

25

Qiyamçı Liviya Milli Ordusuna hökumət qüvvələri qarşısındakı son itkilərdən sonra Rusiya tərəfindən atəşkəs anlaşmasına qayıtmaq əmri verilib.

Dialoq.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Liviyanın Tobruk şəhərindəki qeyri-legitim parlamentin sədri, general Xəlifə Haftarın müttəfiqi Aqilə Saleh açıqlama yayıb.

O, qiyamçı generalın Rusiyanın təlimatı ilə atəşkəs elan etdiyini bildirib.

Hökumət qüvvələrinin son əməliyyatlarından sonra Haftar ordusunun çətin durum qarşısında qaldığını deyən Saleh qiyamçıların məğlubiyyətə yaxın olduğunu vurğulayıb:

“Ruslar qarşıdurma bölgəsində vəziyyətin getdikcə ağırlaşması səbəbindən Haftardan atəşkəs elan etməsini istəyib”.

Hökumət qüvvələri son günlərdə paytaxt Tripoli və ölkənin qərb bölgələrində 3 min kvadrat kilometrlik ərazini Haftar ordusundan geri alıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı