DÜNYA 2020.05.02 20:09

Rusiyalı senator: Kimlə bağlı düşünülmüş addım…

50

Şimali Koreya lideri Kim Çen İnin uzun müddət ictimaiyyətə görünməməsi düşünülmüş bir aldatmadırsa, uğurla nəticələndi.

Bunu rusiyalı senator Aleksey Puşkov Tvitter hesabında qeyd edib. O bildirib ki, Kim Çenin insanların qarşısına çıxmaq vaxtı gəlmişdi:

“Kim Çen İn haqda məlumatların çox uzandığı ortada idi, artıq insanların qarşısına çıxmaq vaxtı gəlmişdi. Elə də etdi. Vəziyyəti ilə bağlı intriqalar dünyanın onun şəxsiyyəti üzərində diqqətini göstərdi. Bu düşünülmüş aldatmadırsa, uğurlu oldu”.

Qeyd edək ki, Kim Çen 20 günlük fasilədən sonra ictimaiyyətin qarşısına çıxıb.

axar.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı