Rusiyalı tələbələr birgə elmi tədqiqatların aparılmasında maraqlıdırlar

Rusiyanın Cənub Federal Universitetinin D.İvanovski adına Biologiya və Biotexnika Akademiyasının torpaqşünaslıq və torpaq resurslarının qiymətləndirilməsi kafedrasının magistrləri Alina Qimp və Lyudmila Maştıkova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.

İnstitutdan bildiriblər ki, torpaqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr tədris planına uyğun olaraq beynəlxalq təcrübə məqsədilə bu elm müəssisəsinin fəaliyyəti, laboratoriyalarda aparılan tədqiqat işləri və Torpaq Muzeyi ilə tanış olublar.

Qonaqlar birgə tədqiqatların aparılmasının və təcrübə mübadiləsinin səmərəliliyini qeyd ediblər.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here