DÜNYA 2020.05.02 03:32

Rusiyanın bir tibb müəssisəsində 111 mütəxəssis koronavirusa yoluxdu

101

Rusiyanın Sankt-Peterburq şəhərində Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutunun 111 həkimi və tibb işçisi koronavirusa yoluxub.

“RİA Novosti” bu barədə şəhərin Səhiyyə Komitəsinə istinadən xəbər yayır.

Tibbi kadr çatışmazlığı səbəbindən xəstə qəbulunun intensivliyi azalıb, xəstələr digər tibb müəssisələrinə yönləndirilib.

Şəhər Səhiyyə Komitəsi qeyd edib ki, tədqiqat institutunun rəhbərliyinin koronavirusa yoluxması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Həmçinin, müəssisəsinin koronavirus xəstələrini qəbul etmək üçün yenidən təmir edildiyi bildirilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı