ELM VƏ TƏHSİL

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaqdır

928

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2015-ci il tarixli fərmanına müvafiq olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “”Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı İKT – dən istifadəni nəzərdə tutmaqla təhsilin daha səmərəli idarə olunmasına və dövlət orqanları arasında informasiya mübadiləsinin xeyli dərəcədə sürətləndirilməsinə böyük töhfə olmuşdur.

Respublika Prezidentinin yeni Fərmanı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də bu sistemdən yararlana biləcəkdir. Nəticədə adı çəkilən dövlət qurumu üçün zəruri olan məlumatların qısa müddət ərzində, elektron formada əldə edilməsi təmin olunacaqdır.

Bildirmək istəyirik ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında onlayn rejimdə aparılan məlumat mübədiləsi tək “Tələbə-məzun” dövlət elektron məlumat sistemi ilə məhdudlaşmayacaq. Belə ki, ali məktəblərə ərizə qəbulu prosesində hərbi xidmətdən möhlət hüququ olan vətəndaşlara dair məlumatların mübadiləsi və dəqiqləşdirilməsi məqsədilə iki qurumun informasiya sistemləri inteqrasiya olunub. Hal- hazırda bu mübadilə pilot rejimində həyata keçirilir. Gələckdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq məlumat bazaları zənginləşdikcə hərbi xidmətdən möhlət hüququ olan oğlan abituriyentlər də Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən elektron ərizələrini özləri təsdiq edə biləcəklər.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı