MEDİA VƏ QHT 2020.05.31 23:26

Səfəvilərə həsr olunmuş onlayn konfrans keçirilmişdir

180

Bütöv Azərbaycan Ocaqlarının (BAO) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Şəki Filialının Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılıqları ilə “Azərbaycanın şanlı tarixi Səfəvilər” mövzusunda onlayn konfrans keçirilmişdir.

BAO üzvü və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Anar Qarayev konfransda açılış çıxışı etmişdir.

Daha söz çıxışçılara verilmişdir.

Çıxışçılar – tarix elmləri doktoru, professor Zabil Bayramlı, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı və tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli çıxış edərək mövzu ilə bağlı geniş çıxış etmişlər.

Konfrans iştirakçılarından Natiq Ulubəy mövzu ilə bağlı fikirlərini çatdırmış, tələbələr çıxışçılara suallar ünvanlamışlar.

Tədbir zoom platformasında onlayn olaraq baş tutmuş, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının rəsmi facebook səhfəsindən canlı olaraq yayımlanmışdır.

Konfransın video linki:

"Azərbaycanın şanlı tarixi Səfəvilər"

31 may 2020-cil il tarixində Azərbaycan vaxtı ilə saat 17:00-da (Türkiyə vaxtı ilə saat 16:00-da) Bütöv Azərbaycan Ocaqlarının (BAO) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Şəki Filialının Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılıqları ilə "Azərbaycanın şanlı tarixi Səfəvilər" mövzusunda onlayn konfrans.***Çıxışçılar:1. Zabil Bayramlı, tarix elmləri doktoru, professor 2. Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru, dosent 3. Faiq Ələkbərli, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent4. Zəkulla Bayramlı, filologiya üzrə fəlsəfə doktoru, dosent5. Dilavər Əzimli, tarix üzrə fəlsəfə doktoru, dosent.***Tədbir zoom platformasında onlayn olaraq baş tutur.Zooma daxil ola bilməyənlər Bütöv Azərbaycan Ocaqlarının rəsmi facebook səhfəsindən canlı izləyə bilərlər.***Konfransa qoşulmaq üçün keçid (link):https://us02web.zoom.us/j/88238376003?pwd=b3h1cjJNWmFyZ0pqTGdSWXFQd0V5Zz09ID: 882 3837 6003Şifrə: 1501***Tədbirdə ali təhsil ocaqlarının tələbələri, gənc nəslin nümayəndələri və b. iştirak edirlər.

Gepostet von Bütöv Azərbaycan Ocaqları am Sonntag, 31. Mai 2020

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı