CƏMİYYƏT 2020.03.26 13:53

Səfirimiz koronadan ölən həmkarından yazdı

40

Koronavirusla üz-üzə. Sanki hamı müharibədə, həm də ön cəbhədədir. Atəşin nə zaman, haradan, hansı çaplı silahdan açılacağını bilmirsən. Evlərimiz səngərə çevrilib. Əsl müharibədən fərqli olaraq adi səngərlər də var, VİP səngərlər də. Olsun! Hamı yaşamaq istəyir. Həyat yaşamaq uğrunda mübarizə aparmağı bacaranların nəsibidir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın macarıstandakı səfiri Vilayət Quliyev qeyd edib.

O bildirib ki, kədərli gündür. Koronavirus Budapeştdəki diplomatik korpusdan ilk qurbanını apardı. Böyük Britaniya səfirliyinin müşaviri (səfirin müavini) Steven Dick 37 yaşında COVİD-19 diaqnozu ilə həyatını itirdi:

“Adam diplomat kimi çalışdığı Əfqanıstanda, Suriyada ucuz ölümdən qurtarıb bir ay əvvələ qədər “Dolçe Vita”nın məskəni sayılan Budapeştdə əcələ can verdi…”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı