ƏSAS SƏHİFƏ

“Şəhər Mədəniyyətinin Sosial Çarxlar Vasitəsilə Təbliği” layihəsi

794

Videoçəkiliş, ssenari yazılışı və montaj işini öyrənmək istəyən gənclər üçün yeni layihə..

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təşkil ediləcək “Şəhər Mədəniyyətinin Sosial Çarxlar Vasitəsilə Təbliği” layihəsi iştirakçı qəbulu elan edir.

Peşəkar rejissorun təlimləri ilə arzunuza bir addım daha yaxınlaşacaqsınız.
Layihədə:

– Kameradan istifadə və videoçəkiliş qaydaları;
– Ssenari yazılışı qaydalarının mənimsənilməsi;
– Adobe Premier Pro proqramında işləmək;
– Videoçarx çəkilişi öyrədiləcək.

Dərslər həftədə iki dəfə keçiriləcək. Yaş həddi 18-35. (Qeydiyyat üçün aşağıdakı forumu doldurun.)

Layihənin sonunda iştirakçılar sertifikatla mükafatlandırılacaqlar.

Qeyd: Kompüter bilikləri yüksək, fotokameradan istifadə bacarığı yüksək iştirakçılara seçim zamanı üstünlük veriləcəldir. İştirakçının noutbukununun olması arzuolunandır. Anketlərin qəbulu Sentyabrın 01-dək davam edəcək. Seçilən iştirakçıların e-mail ünvanlarına məlumat göndəriləcək.

P.S. Layihə haqqında hardan məlumat almısınız yerində dialoq.info qeyd edin zəhmət olmasa.

https://docs.google.com/forms/d/1_onfL29FrF-Xc2zjU2kU7lrKbF6veU2Uf1jP-oBi-7Y/viewform

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı