RƏSMİ 2020.10.09 20:24

“Şəhidlərimizin ruhu qarşısında onları diz çökdürmüşük”

41

Mən onlara bir daha deyirəm, əgər Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq. Sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Birmənalı. Prezident İlham Əliyev bunu xalqa müraciətində bəyan edib.

“Ermənsitana axırıncı şans veririk, axırıncı şans. Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə etmişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik. Biz istəyirik torpaqlamır verilsin bizə. Verilsin, uzatmasınlar məsələni”, – Prezident bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı