CƏMİYYƏT 2020.10.13 16:15

Şəkidə yol polisi reyd keçirdi

39

Şəkidə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər gücləndirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yol polisi əməkdaşları rayon ərazisində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıb.

Şəhərdaxili marşrut avtobuslarında, taksilərdə sərnişinlərin sosial məsafə saxlaması, tibbi maskadan istifadə etməsi, həmçinin şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyi onların diqqətinə çatdırılıb. Bəzi hallarda sürücülərin normadan artıq sərnişin götürməsi, həmçinin mövcud tələblərə riayət etməməsi yoluxma hallarının daha da artmasına səbəb olduğu vurğulanıb. Sonda sürücüləri maraqlandıran suallar DYPB-nin əməkdaşları tərəfindən cavablandırılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı