CƏMİYYƏT 2020.05.02 19:33

Sərnişin qatarlarının hərəkət məhdudiyyəti mayın 31-dək uzadılır

59

Nazirlər Kabinetinin qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunsa da, ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə icazə verilmir.

Odur ki, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları həmin tarixədək hərəkətdə olmayacaq.
Ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımalarına qoyulan məhdudiyyət xüsusi göstərişədək tətbiq ediləcək.

Xatırladaq ki, elektrik qatarlarının Abşeron dairəvi dəmir yolu xətti üzrə hazırkı qrafiklə hərəkəti davam edəcək. Məqsəd karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkilidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı