KRİMİNAL 2020.09.15 13:53

Sərnişin taksi sürücüsünü qarət edib

21

Sumqayıtda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov sentyabrın 10-da Kimyaçılar qəsəbəsi ərazisində idarə etdiyi “Toyota” markalı avtomobilə sərnişin qismində oturan bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı