DÜNYA 2020.03.26 17:58

Səudiyyə Ərəbistanı Kralının sədrliyi ilə G20 ölkələri liderlərinin virtual sammiti keçiriləcək

33

Cari ildə “Böyük iyirmilik” (G20) qrupuna sədrlik edən Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin sədrliyi ilə bu gün ölkə başçılarının koronavirus pandemiyası ilə mübarizə və “neft müharibəsi”nin fəsadlarına həsr olunmuş virtual sammiti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, G20 ölkələrinin Maliyyə nazirləri və Mərkəzi bankları bu həftə qlobal iqtisadi böhranın qarşısını almaq üçün Beynəlxalq Valyuta fondu ilə birlikdə Fəaliyyət Planı hazırlayıblar. Bundan başqa, Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus da pandemiyanın qarşısının alınmasında bu qrupa daxil olan ölkələrin üzərinə böyük vəzifələr düşdüyünü bəyan edib.

Sammitin təşəbbüskarı olan Kral Salman bin Əbdüləziz bildirib ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr bəşəriyyətin qarşısında duran bu qlobal çağırışa birgə səylərlə cavab verməlidirlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı